Böyük Britaniya Kosovoya hərbçi göndərir

Böyük Britaniya Kosovoya hərbçi göndərir Hərbçilər orada bir il ərzində xidmət çəkəcəklər
Digər ölkələr
23 Oktyabr , 2016 09:42
Böyük Britaniya Kosovoya hərbçi göndərir

Bakı. 23 oktyabr. REPORT.AZ/ 2017-ci ilin əvvəlində NATO-nun sülhməramlı əməliyyatlarında iştirak etmək üçün Kosovoya təqribən 30 britaniyalı hərbçi göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Maykl Fellona istinadən "Press Association" nəşri yazıb.

Fellon qeyd edib ki, hərbçilər orada bir il müddətində qalacaqlar. Onun sözlərinə görə, Qərbi Balkan ölkələrində əvvəlki kimi təhlükəsizlik və stabillik ilə bağlı əhəmiyyətli problemlər qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi