Britaniya evsiz-eşiksiz insanların peyvənd olunmaları üçün 28 milyon funt ayırıb

Britaniya evsiz-eşiksiz insanların peyvənd olunmaları üçün 28 milyon funt ayırıb Növbəti üç il ərzində hökumət evsizlik problemini aradan qaldırmaq üçün 2 milyard funt sterlinq ayıracaq
Digər ölkələr
20 Dekabr , 2021 21:26
Britaniya evsiz-eşiksiz insanların peyvənd olunmaları üçün 28 milyon funt ayırıb

Böyük Britaniya hökuməti evsiz-eşiksiz insanların koronavirusa qarşı peyvənd olunması məqsədilə 28 milyon funt sterlinq (37 milyon ABŞ dolları) ayırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Birləşmiş Krallıqda evsizlərin sayı 2020-ci ildə əvvəlki ilə nisbətən 37% azalıb. Növbəti üç il ərzində hökumət evsizlik problemini aradan qaldırmaq üçün 2 milyard funt sterlinq (2,6 milyard dollar) ayıracaq.

“Sky News” telekanalının və Britaniyanın bəzi KİV-lərinin məlumatına görə, ekspertlər səlahiyyətlilərə mümkün qədər qısa zamanda məhdudlaşdırıcı tədbirlərin tətbiqini tövsiyə edərək, yanvar ayında xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin gündəlik sayının hazırkı təqribi 900 nəfər göstəricisindən üç dəfə çox (təxminən 3 000 nəfər) ola biləcəyi barədə xəbərdarlıq edirlər. “Omikron” ştammının son dərəcə sürətlə yayılması həmçinin bir sıra əsas istiqamətlər üzrə, o cümlədən sosial xidmət sahələrində və həkimlərin sayında müvəqqəti kadr çatışmazlığına səbəb olmaq təhlükəsi yaradır. Potensial böhranı yumşaltmaq üçün ekspertlər Milad bayramına (25 dekabr) qədər kəskin tədbirlər görməyi tövsiyə edirlər.

Son xəbərlər

Orphus sistemi