Boris Conson: "Britaniya 1 000 hərbçisini hazır vəziyyətə gətirib"

Digər ölkələr
  • 10 fevral, 2022
  • 13:21
Boris Conson: Britaniya 1 000 hərbçisini hazır vəziyyətə gətirib
Boris Conson

“Böyük Britaniya humanitar böhrana cavab vermək və Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə yardım göstərmək üçün 1 000 hərbçisini hazır vəziyyətə gətirib”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson deyib.

“Hərbi əməliyyatlara hazırlıq gedir. İqtisadi sanksiyalar hazırlanır. Amma biz Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıyıq”, - o qeyd edib.

B.Conson həmçinin hazırkı durumu təhlükəli hesab etdiyini söyləyib: "Çünki son onilliklərdə Avropada belə böhran yaşanmayıb".

Qeyd edək ki, B.Conson bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Müzakirədən sonra tərəflər birgə brifinq keçiriblər.