Borrell və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər

Borrell və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borel Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.
Digər ölkələr
8 Yanvar , 2024 21:55
Borrell və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.

"Report"un məlumatına görə, bu barədə Borel "X" sosial şəbəkəsində yazıb.

“Biz regionda apardığımız danışıqların nəticələrini gərginliyin azaldılması, Qəzzadakı humanitar fəlakəti yumşaltmaq və BMT-nin əvəzsiz rolunu gücləndirmək səyləri ilə müqayisə etdik”, - Borrell qeyd edib.

Borel Yəmən üsyançılarının təhdidləri fonunda Qəzza zolağında nizamlanma və Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib. ABŞ-nin dövlət katibi Antoni Blinken də bu gün Səudiyyə Ərəbistanına səfər edib və burada Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi