Boliviyanın müvəqqəti prezidenti COVID-19-dan sağaldı

Boliviyanın müvəqqəti prezidenti COVID-19-dan sağaldı Boliviyanın prezidenti vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes koronavirusdan sağaldığını bildirib.
Digər ölkələr
28 İyul , 2020 01:45
Boliviyanın müvəqqəti prezidenti COVID-19-dan sağaldı

Boliviyanın prezidenti vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes koronavirusdan sağaldığını bildirib.

“Report”un məlumatına görə, bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

"Xəstəliyim zamanı dəstəyə görə təşəkkür. Məni xəstəxanadan evə buraxdılar, və normal işə qayıdıram", - deyə o, “Twitter”dəki hesabında yazıb.

Boliviyanın müvəqqəti prezidentinin COVID-19 testinin nəticəsi iyulun 9-da müsbət olub. Anyes özünü yaxşı hiss edir və təcridetmədə şəraitində idi.

Xatırladaq ki, daha əvvəl Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar. 

Son xəbərlər

Orphus sistemi