Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub Boliviya prezidentinin vəzifələrini icra edən Janin Anyesdə koronavirus aşkarlanıb.
Digər ölkələr
10 İyul , 2020 02:26
Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

Boliviya prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesdə koronavirus infeksiyası aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

Janin Anyes "Twitter"dəki səhifəsində bildirib ki, koronavirus testi müsbət nəticə verib.

"COVID-19 testinin nəticələri müsbət oldu. Mənim vəziyyətim normaldır. Özünütəcrid şəraitində işləyəcəm", - deyə o qeyd edib. 

Xatırladaq ki, Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar. 

Son xəbərlər

Orphus sistemi