Boliviyada sabiq nazirlər dövlət çevrilişinə cəhd işi üzrə saxlanıldılar

Boliviyada sabiq nazirlər dövlət çevrilişinə cəhd işi üzrə saxlanıldılar Boliviyanın keçmiş ədliyyə naziri Alvaro Koimbra və sabiq energetika naziri Rodriqo Qusman 2019-cu ilin noyabrında baş vermiş dövlət çevrilişi haqqında işin araşdırılması çərçivəsində saxlanılıblar
Digər ölkələr
13 Mart , 2021 00:52
Boliviyada sabiq nazirlər dövlət çevrilişinə cəhd işi üzrə saxlanıldılar

Boliviyanın keçmiş ədliyyə naziri Alvaro Koimbra və sabiq energetika naziri Rodriqo Qusman 2019-cu ilin noyabrında baş vermiş dövlət çevrilişi haqqında işin araşdırılması çərçivəsində saxlanılıblar.

“Report” xəbər verir ki, bu barədə Agencia Boliviano de Information” bildirib.

Sabiq məmurlara qarşı terrorçuluğa, qiyama təhrikçilik və sui-qəsd ittihamları irəli sürülüb.

Bundan əvvəl prokurorluq daha üç sabiq nazirin və 2019-cu ilin noyabrında Evo Moralesin dövlət başçısı postundan istefasından sonra prezident vəzifəsini icra edən Janin Anyesin həbsinə order verib. "Siyasi təqib başlandı", - Anyes tvitterdəki hesabında prokurorluğun qərarını şərh edib.

Boliviyada 2019-cu ilin 20 oktyabrında prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsinin məlumatlarına əsasən, seçkilərdə Morales səs çoxluğu qazanıb. Onun əsas rəqibi Karlos Mesa bildirib ki, birinci turda opponentinin qələbəsini tanımır.

Son xəbərlər

Orphus sistemi