Boliviyada çevriliş cəhdinə rəhbərlik edən general saxlanılıb - YENİLƏNİB

Boliviyada çevriliş cəhdinə rəhbərlik edən general saxlanılıb - YENİLƏNİB Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasının qarşısındakı meydanı mühasirəyə alıblar.
Digər ölkələr
27 İyun , 2024 05:02
Boliviyada çevriliş cəhdinə rəhbərlik edən general saxlanılıb - YENİLƏNİB

Hərbçiləri hökumət binası qarşısındakı meydana aparan boliviyalı general Xuan Xose Zuniqa Baş Prokurorluğun göstərişi ilə saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb.

Kadrlarda Zuniqa onu maşına mindirən polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargah binasını tərk edib.

00:16

Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.

“Report”un məlumatına görə, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Öz növbəsində Boliviya prezidenti Luis Arse hərbçilərə çağırış edib: “Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir”.

Məlumatlara görə, Boliviya ordusunun bölmələri zorla hökumət və parlament binalarına daxil olublar. Artıq hər iki binada olan işçilər təxliyə edilib.

Bundan başqa, Ordu komandanı vəzifəsindən uzaqlaşdırılan boliviyalı general Xuan Xose Zuniqa “vətənini geri qaytarmaq” niyyətində olduğunu bildirib.

Boliviya hökuməti isə dövlət çevrilişinə cəhd xəbərləri fonunda beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətinə dəstək verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi