Yuxarı

​Boliviyada dustaqlar daha çox yemək tələbi ilə aclığa başlayıblar

Hazırda bir məhbusun gündəlik qidalanması 1 dollara başa gəlir

Bakı. 20 Avqust. REPORT.AZ/ Boliviyanın Palmasola həbsxanasının təqribən 500-ə yaxın məhbusu yaxşı saxlanma şəraiti tələb edərək aclığa başlayıb.

"Report" xəbər verir ki, dustaqların əsas tələbi həbsxana yeməyinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Hazırda bir məhbusun gündəlik qidalanması türmə rəhbərliyinə 1 dollara başa gəlir. Aclıq edənlər isə tələb edirlər ki, bu məbləğ gündə iki dollara qaldırılsın: Boliviyada polis itləri və atlarının saxlanmasına sərf olunan gündəlik yemək xərci məhz bu qədərdir.

Ölkənin daxili işlər naziri bildirib ki, büdcənin qeyd olunan məbləğdə qaldırılması həbsxananı dustaqlar üçün sanatoriyaya çevirər.

İyulun əvvəlində sözügedən həbsxananı Roma papası Fransisk ziyarət edib. 600 nəfər üçün nəzərdə tutulan həbsxanada hazırda təqribən 5 min cinayətkar saxlanılır.

Ümumilikdə isə Boliviya türmələrində təxminən 14 min dustaq cəza çəkir ki, bu da ölkənin islah əmək müəssisələrinin insan tutumunu üç dəfə üstələyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi