BMT-nin iclasına gələn braziliyalı diplomat koronavirusa yoluxub

BMT-nin iclasına gələn braziliyalı diplomat koronavirusa yoluxub BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Braziliya prezidenti Jair Bolsonaronun nümayəndə heyətində olan diplomatlardan birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Digər ölkələr
21 sentyabr 2021 18:31
BMT-nin iclasına gələn braziliyalı diplomat koronavirusa yoluxub

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Braziliya prezidenti Jair Bolsonaronun nümayəndə heyətində olan diplomatlardan birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

“Report”un yerli bürosu xəbər verir ki, Braziliya missiyası diplomatın prezidentlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Braziliya nümayəndə heyətinin ötən gün vaksin pasportunun zəruri olduğu Nyu-York şəhərindəki restoranlara alınmadığı iddia olunur.

Brazilyanın xarici işlər naziri Qilson Maçado tviter hesabında prezidentin nümayəndə heyəti ilə bərabər restorandan kənarda pizza yediyinin əks olunduğu foto paylaşılıb.

Ölkə başçısı J.Bolsonaronun da peyvənd olunmadığı bildirilir.

BMT-nin sözçüsü Stefan Djuarrik məsələ ilə bağlı Braziliya missiyası ilə əlaqə saxlanıldığını deyib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi