BMT: "Bu ilin oktyabrından indiyədək Ukraynada 77 mülki şəxs ölüb"

BMT: "Bu ilin oktyabrından indiyədək Ukraynada 77 mülki şəxs ölüb" Rusiyanın Ukraynada mülki infrastruktura endirdiyi zərbələr nəticəsində oktyabr ayından bəri azı 77 mülki şəxs ölüb
Digər ölkələr
25 Noyabr , 2022 17:18
BMT: Bu ilin oktyabrından indiyədək Ukraynada 77 mülki şəxs ölüb

Rusiyanın Ukraynada mülki infrastruktura endirdiyi zərbələr nəticəsində oktyabr ayından bəri azı 77 mülki şəxs ölüb

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk deyib.

Onun sözlərinə görə, Ukraynada raket zərbələri səbəbindən milyonlarla insan çətin vəziyyətə düşüb: “Bu zərbələr milyonlarla insanı çətin vəziyyətdə qoyub. Ümumiyyətlə, bütün bunlar beynəlxalq humanitar hüquq çərçivəsində ciddi problemlər yaradır”.

Qeyd edək ki, noyabrın 23-də Rusiya qoşunları növbəti dəfə Ukraynanı kütləvi atəşə tutub, infrastruktur obyektlərinə və yaşayış binalarına zərbələr endirib. Nəticədə ölkə ərazisində su və elektrik təminatında problemlər yaranıb.

Son xəbərlər

Orphus sistemi