BMT Baş katibi: “İqlim dəyişikliyinə görə inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayrılmalıdır”

BMT Baş katibi: “İqlim dəyişikliyinə görə inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayrılmalıdır” İnkişaf etmiş ölkələr (İEÖ) iqlim dəyişikliyi problemlərini həll etmək üçün inkişaf etməkdə olan ölkələrə (İEOÖ) vəd etdikləri 100 milyard ABŞ dollarını verməlidirlər.
Digər ölkələr
24 Avqust , 2023 14:17
BMT Baş katibi: “İqlim dəyişikliyinə görə inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayrılmalıdır”

İnkişaf etmiş ölkələr (İEÖ) iqlim dəyişikliyi problemlərini həll etmək üçün inkişaf etməkdə olan ölkələrə (İEOÖ) vəd etdikləri 100 milyard ABŞ dollarını verməlidirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, belə çağırışla BMT-nin Baş katibi Antoniu Quterreş BRİKS sammitində çıxış edib.

“İnkişaf etmiş ölkələr nəhayət ki, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün vəd etdikləri 100 milyard dolları ayırmalı, iqlim dəyişikliyinə uyğunlaşma prosesləri üçün maliyyələşdirməni ikiqat artırmalı, BMT-nin Yaşıl İqlim Fondunu “doldurmalı”, bu il dəymiş itkiləri kompensasiya etmək üçün vəsait ayırmalıdırlar”, - A.Quterreş BRİKS sammitində çıxış edərkən deyib.

O vurğulayıb ki, Afrikaya yuxarıda göstərilən sahələr üzrə yardım prioritet təşkil edir. “Bu, ədalət məsələsidir”, - A.Quterreş əlavə edib.

Son xəbərlər

Orphus sistemi