BMT baş katibi: "Biz Əfqanıstanda bütün tərəflərlə əməkdaşlıq edə bilərik"

BMT baş katibi: "Biz Əfqanıstanda bütün tərəflərlə əməkdaşlıq edə bilərik" “Bu gün Əfqanıstanın milli günüdür. Bu çətin vaxtda əfqan xalqına xüsusi mesaj vermək istəyirəm. Birləşmiş Millətlər Təşkilatı sizin yanınızdadır və bölgədə sülhün və insan hüquqlarının qorunması prinsipinə sadiqdir. Biz Əfqanıstanda bütün tərəflərlə əmək
Digər ölkələr
19 Avqust , 2021 23:45
BMT baş katibi: Biz Əfqanıstanda bütün tərəflərlə əməkdaşlıq edə bilərik
Antoniu Quttereş

“Bu gün Əfqanıstanın milli günüdür. Bu çətin vaxtda əfqan xalqına xüsusi mesaj vermək istəyirəm. Birləşmiş Millətlər Təşkilatı sizin yanınızdadır və bölgədə sülhün və insan hüquqlarının qorunması prinsipinə sadiqdir. Biz Əfqanıstanda bütün tərəflərlə əməkdaşlıq edə bilərik”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quttereş jurnalistlərə açıqlamasında deyib.

A.Quttereş BMT-nin əfqan xalqını dəstəkləməyə davam etdiyini vurğulayıb: "Hesab edirəm ki, dünya birliyi "Taliban"la müzakirələrdə vahid cəbhə kimi çıxış etməlidir. Təhlükəsizlik Şurasının iclasında və qapalı iclasda xahiş etdim ki, bu məsələnin həlli üçün beynəlxalq birliyin birləşməsi vacibdir. Birliyə müvəffəq olmaqla insan hüquqlarına, xüsusən də qadın hüquqlarına hörmət edilməsinə nail ola bilərik. Buna görə də hesab edirəm ki, şərtlərin reallaşması üçün "Taliban"la ortaq bir cəbhənin olması çox vacibdir. Bu gün və ötən gün Qətərin baş nazirinin müavini və xarici işlər naziri ilə sıx təmaslarım oldu. Qətərin təşəbbüslərini izləyirik və dəstəkləyirik. Ümid edək ki, verilən qərarlar əfqan xalqının firavanlığına xidmət edəcək”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi