BMT BA-nın 77-ci sessiyasının prezidenti: 193 üzv dövlət arasında islahatlara dair ünsiyyət platforması yaradılmalıdır

Digər ölkələr
  • 13 mart, 2025
  • 18:52
BMT BA-nın 77-ci sessiyasının prezidenti: 193 üzv dövlət arasında islahatlara dair ünsiyyət platforması yaradılmalıdır

Bu gün geosiyasi mentalitet başqa danışıq və proseslərlə əvəz olunur, bu da mənfi nəticələrə gətirib çıxarır.

“Report” xəbər verir ki, bunu BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Korosi XII Qlobal Bakı Forumunda çıxışında deyib.

O deyib ki, dünyanın üzləşdiyi böhranın iki tərəfi var:

“Bunun birincisi geosiyasi tərəfdirsə, digəri insan fəaliyyətinin qeyri-dayanıqlı tempi ilə bağlı tərəfdir. Geosiyasi çağırışların həllində, adətən, çox aşağı dözüm göstəririk. Düşünmək lazımdır, biz reallıqları birgə dəyişmişiksə, o zaman onun həll yollarına da birgə nail olmalıyıq. Amma bu gün geosiyasi mentalitet başqa danışıq və proseslərlə əvəz olunur, mənfi nəticələrə gətirib çıxarır”.

K.Korosinin sözlərinə görə, dünya birgə addımlamalıdır:

“Bu mənada çoxtərəfli danışıqlar vacibdir. Təklif edirəm ki, BMT 193 üzv dövlət arasında islahatlara dair ünsiyyət platforması yaratmalıdır. Bundan sonra isə təşkilat üzv dövlətləri islahatlar prosesində iştiraka sövq edə bilər”.

Son xəbərlər

Bütün Xəbər Lenti