Blinkenlə Lavrov arasında telefon danışığı olub

Blinkenlə Lavrov arasında telefon danışığı olub ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı başlayıb.
Digər ölkələr
15 Fevral , 2022 20:50
Blinkenlə Lavrov arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıblar.

"Report" xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentindəki rəsmi mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl fevralın 12-də ABŞ-ın təşəbbüsü ilə tərəflərin telefon danışığı baş tutub.

Yanvarın 26-da ABŞ və NATO Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavabları Rusiyaya təhvil verib. Amerika tərəfi bu sənədlərin mətnlərinin açıqlanmamasını istəyib, lakin dövlət katibi Blinken və NATO-nun baş katibi Yens Stoltenberq onların əsas müddəalarını sadalayıblar. Bu bəyanatlara görə, Qərb Rusiya üçün prinsipial güzəştə getməyib, əksinə, gələcək danışıqların istiqamətlərini müəyyən edib.

19:47

ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı başlayıb.

"Report" "France-Presse" agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi