İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukraynaya siyasi və praktiki aspektləri özündə birləşdirən “möhkəm” dəstək paketi təqdim olunacaq.
“Report” ABŞ Departamentinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
"Mənim vacib hesab etdiyim iki şey var. Birincisi, NATO sammitində Ukrayna üçün çox güclü siyasi və praktik paketi görəcəksiniz", - o, Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haasla söhbətində deyib.
Eyni zamanda, Vaşinqton hələlik bu paketlə bağlı təfərrüatlara varmayıb.
“Mən Vilnüsdə harada enəcəyimizə görə özümüzü qabaqlamayacağam, amma buna əminəm”, - Blinken əlavə edib.
“Bir sıra dövlətlər nə edə biləcəyimizə baxır. Ukraynaya özünün uzunmüddətli çəkindirmə və müdafiə qabiliyyətini artırmağa nə kömək etməlidir”, - o, həmçinin qeyd edib.