Blinken: ABŞ və Aİ Gürcüstana qarşı xarici agentlər haqqında qanuna görə tədbir görəcək

Blinken: ABŞ və Aİ Gürcüstana qarşı xarici agentlər haqqında qanuna görə tədbir görəcək ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır.
Digər ölkələr
22 May , 2024 23:52
Blinken: ABŞ və Aİ Gürcüstana qarşı xarici agentlər haqqında qanuna görə tədbir görəcək

ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib: "Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Blinkenin sözlərinə görə, Aİ Gürcüstanda bu qanunun qəbulunun ölkənin birliyə qoşulmasına təsirini öyrənir və müvafiq tədbirlər planlaşdırır.

Son xəbərlər

Orphus sistemi