Bəşər Əsəd: "Qərb kimyəvi silah mövzusundan ölkəni bombalamaq üçün bəhanə kimi istifadə edir"

Digər ölkələr
  • 04 mart, 2018
  • 21:42
Bəşər Əsəd: Qərb kimyəvi silah mövzusundan ölkəni bombalamaq üçün bəhanə kimi istifadə edir

Bakı. 5 mart. REPORT.AZ/ Qərb Suriyada kimyəvi silahın tətbiqi mövzusundan ölkə ərazisinə havadan zərbə endirmək üçün bəhanə kimi istifadə edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Suriya lideri Bəşər Əsəd deyib.

"Bu, adətən Suriya ordusuna havadan zərbə endirmək üçün bəhanə kimi istifadə olunan şantajdır", - deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.

Suriya hökuməti dəfələrlə bəyan edib ki, ölkədəki bütün kimyəvi silah ehtiyatları məhv edilib.

44 filmi