Belousov Pentaqon rəhbərinə eskalasiya riski barədə xəbərdarlıq edib

Belousov Pentaqon rəhbərinə eskalasiya riski barədə xəbərdarlıq edib Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə söhbətində Pentaqonun rəhbərinə Kiyev və Vaşinqtonun hərəkətləri səbəbindən nəzarətsiz eskalasiyanın mümkünlüyü barədə çox ciddi xəbərdarlıq göndərib.
Digər ölkələr
31 İyul , 2024 04:00
Belousov Pentaqon rəhbərinə eskalasiya riski barədə xəbərdarlıq edib

Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə söhbətində Pentaqonun rəhbərinə Kiyev və Vaşinqtonun hərəkətləri səbəbindən nəzarətsiz eskalasiyanın mümkünlüyü barədə çox ciddi xəbərdarlıq göndərib.

“Report” xəbər verir ki, bunu “TASS”a Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib.

Onun sözlərinə görə, Amerika nümayəndələri ilə dövlət və diplomatik standartlara görə orta səviyyədən yuxarı olan bütün təmaslar sırf utilitar (etik nəzəriyyə - Qeyd) məqsədlər güdür. İki ölkənin müdafiə nazirləri arasında son təmas da bu baxımdan istisna olmayıb:

“Rusiya tərəfdən ABŞ-a Kiyevin Vaşinqtonun birbaşa müdaxiləsi olmadan ağlasığmaz yeni mümkün təxribatları ilə bağlı çox ciddi xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq tamamilə idarəolunmaz nəticələrə səbəb ola biləcək daha təhlükəli eskalasiyanın qarşısını almaq üçün verilib”.

Son xəbərlər

Orphus sistemi