Belarus XİN başçısı: İqtisadiyyat və təhlükəsizlik MDB üçün prioritet mövzu olmalıdır

Belarus XİN başçısı: İqtisadiyyat və təhlükəsizlik MDB üçün prioritet mövzu olmalıdır MDB məkanında iqtisadiyyat və təhlükəsizlik prioritet mövzulara çevrilməlidir.
Digər ölkələr
12 aprel 2024 08:38
Belarus XİN başçısı: İqtisadiyyat və təhlükəsizlik MDB üçün prioritet mövzu olmalıdır

MDB məkanında iqtisadiyyat və təhlükəsizlik prioritet mövzulara çevrilməlidir.

"Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Minskdə MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasında Belarus XİN başçısı Sergey Aleynik deyib.

O, təşkilatın müstəqil dövlətlərdən ibarət olduğunu xatırladıb:

"Bu sarsılmazdır və heç kim buna şübhə etmir. Bununla belə, bizim təşkilat həm də birlikdir. Hər zaman bu iki komponenti öz işimizdə birləşdirmişik. Bizim bir sıra ümumi mövzularımız, konkret maraqlarımız, ölkələrimiz və xalqlarımız üçün kritik praktik əhəmiyyət kəsb edən birgə təşəbbüslərimiz var. Bizim hazırkı gündəliyimiz bundan ibarətdir”.

XİN başçısının fikrincə, prioritet və əsas mövzu iqtisadiyyat və təhlükəsizlik olmalıdır.

Son xəbərlər

Orphus sistemi