Bəhreyndə terror aktı hazırlamaqda şübhəli bilinən 116 nəfər saxlanılıb

Bəhreyndə terror aktı hazırlamaqda şübhəli bilinən 116 nəfər saxlanılıb Bakı. 3 mart. REPORT.AZ/ Bəhreynin təhlükəsizlik qüvvələri terror aktı hazırlamaqda şübhəli bilinən 116 nəfəri saxlayıb.
Digər ölkələr
3 Mart , 2018 20:53
Bəhreyndə terror aktı hazırlamaqda şübhəli bilinən 116 nəfər saxlanılıb
Foto: "RİA Novosti"

Bakı. 3 mart. REPORT.AZ/ Bəhreynin təhlükəsizlik qüvvələri terror aktı hazırlamaqda şübhəli bilinən 116 nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edilir ki, terrorçular şəbəkəsi ictimai asayişi pozmaq, milli iqtisadiyyata zərər vurmaq məqsədilə ölkənin rəsmi şəxslərinə, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına sui-qəsd və neft obyektlərinə hücum planlaşdırıb.

Bəhreynin Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu və İrandakı, İraqdakı və Livandakı terrorçuların rəhbərləri ilə əlaqəli olan qrupun göstərişi ilə fəaliyyət göstəriblər. 

Şübhəlilərdən 3-ü qrupun rəhbərləri hesab edilirlər. Onlar silahlıların Bəhreyndə silah və partlayıcı qurğularla təchizatında, gizli anbarların və silahların yaradılmasına cavabdeh olublar. 

Son xəbərlər

Orphus sistemi