Baydenin oğlu silah ittihamları ilə bağlı özünü təqsirli bilməyib

Baydenin oğlu silah ittihamları ilə bağlı özünü təqsirli bilməyib ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden qanunsuz silah saxlamaqda ittiham olunduğunu etiraf edib.
Digər ölkələr
3 Oktyabr , 2023 20:48
Baydenin oğlu silah ittihamları ilə bağlı özünü təqsirli bilməyib

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden qanunsuz silah saxlamaqda ittiham olunduğunu etiraf edib.

"Report" xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Amerika liderinin oğlu Delaver ştatında keçirilən məhkəmə iclasında şəxsən iştirak edib, çünki onun videobağlantı vasitəsilə iclasda iştirak etmək xahişi rədd edilib.

O, məhkəməyə qədər həbsdən azad edilib.

Baydenin oğlunun vəkili Abbey Louell bildirib ki, o, ittihamları rədd etmək üçün vəsatət vermək niyyətindədir. Bu, noyabrın 3-dən əvvəl edilməlidir.

Hanter Bayden odlu silah alarkən yalan danışmaqda və lisenziyalı dilerə yalan məlumat verməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi