Bayden MKİ-nin direktoru vəzifəsinə Bernsin namizədliyini irəli sürdü

Bayden MKİ-nin direktoru vəzifəsinə Bernsin namizədliyini irəli sürdü ABŞ prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Uilyam Bernsin namizədliyini irəli sürüb.
Digər ölkələr
4 Fevral , 2021 03:36
Bayden MKİ-nin direktoru vəzifəsinə Bernsin namizədliyini irəli sürdü
Uilyam Berns

ABŞ Prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Uilyam Bernsin namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Uilyam Bernsin namizədliyinə Senat baxmalıdır.

Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiyadakı səfiri işləyib. O, Dövlət Departamentində dövlət katibinin müavini vəzifəsinə qədər yüksəlib.

Berns 33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb. O, hazırda Karneqi Fonuna rəhbərlik edir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Cina Haspel yanvarın 19-da vəzifəsindən istefa verib. Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub. O, istefasının səbəblərini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi