Bayden: İndi Birləşmiş Ştatların qaranlıq vaxtlarıdır

Bayden: İndi Birləşmiş Ştatların qaranlıq vaxtlarıdır ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdən Vaşinqtona getməzdən əvvəl emosional nitqlə çıxış edib.
Digər ölkələr
19 Yanvar , 2021 23:32
Bayden: İndi Birləşmiş Ştatların qaranlıq vaxtlarıdır
Cozef Bayden

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdən Vaşinqtona getməzdən əvvəl emosional nitqlə çıxış edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

O, bildirib ki, qaranlıq vaxtlara baxmayaraq, işıq həmişə var.

"Mən bilirəm ki, indi qaranlıq vaxtlardır, amma işıq həmişə var. Bu dövləti bu qədər xüsusi edən budur”, - Bayden deyib.

Bayden bildirib ki, onun üçün növbəti prezident olmaq şərəfdir. "Vaşinqtona mənim səyahətim buradan başlandı", - ABŞ-ın yeni rəhbəri əlavə edib.

Bayden çıxışından sonra təyyarə ilə Vaşinqton ətrafındakı Endryus bazasına yola düşəcək.

Son xəbərlər

Orphus sistemi