Bayden ABŞ-ın futbol üzrə millisini İran üzərində qələbə münasibətilə təbrik edib

Bayden ABŞ-ın futbol üzrə millisini İran üzərində qələbə münasibətilə təbrik edib ABŞ Prezidenti Cozef Bayden dünya çempionatında Birləşmiş Ştatlar millisini İran komandası üzərində qələbəsindən xəbər tutaraq, futbolçuları təbrik etmək üçün səhnəyə qayıdıb.
Digər ölkələr
30 Noyabr , 2022 04:56
Bayden ABŞ-ın futbol üzrə millisini İran üzərində qələbə münasibətilə təbrik edib

ABŞ Prezidenti Cozef Bayden dünya çempionatında Birləşmiş Ştatlar millisini İran komandası üzərində qələbəsindən xəbər tutaraq, futbolçuları təbrik etmək üçün səhnəyə qayıdıb.

"Report" xəbər verir ki, bunu Bayden Miçiqandakı çıxışından sonra deyib.

"ABŞ (hesabda-red) birdir, İran sıfırdır! Oyun bitdi", - bundan əvvəl iqtisadi mövzularda çıxış edən Bayden sevinclə deyib.

"ABŞ! ABŞ! Bu, ən vacib matçdır, dostlar", - o deyib. "Onlar (amerikalı futbolçular və onların məşqçisi - red.) bunu etdilər, Allah onları qorusun! Ümumiyyətlə, mən sadəcə fikirləşdim ki, sizə maraqlı olacaq", - Prezident tamaşaçıların sevincli nidalarına əlavə edib.

ABŞ yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda olub. Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi