Baş katib: "NATO-nun İŞİD-ə qarşı koalisiyada iştirakı heç müzakirə olunmur"

Baş katib: "NATO-nun İŞİD-ə qarşı koalisiyada iştirakı heç müzakirə olunmur" Yens Stoltenberq: "NATO-nun hərbi rolu barədə istək olmayıb"
Digər ölkələr
24 May , 2017 14:58
Baş katib: NATO-nun İŞİD-ə qarşı koalisiyada iştirakı heç müzakirə olunmur

Bakı. 24 may. REPORT.AZ/ "NATO-nun İŞİD terror təşkilatına qarşı koalisiyada iştirakı heç müzakirə olunmur".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə deyib.

"NATO-nun hərbi rolu barədə istək olmayıb, bu məsələ heç müzakirə olunmur", - Y.Stoltenberq bildirib.

"Biz Əfqanıstanda və İraqda, eləcə də digər yerlərdə diqqətimizi necə öyrətməyə, yardım etməyə, məsləhət verməyə ayırırıq. Bu fəaliyyəti Əfqanıstanda da davam etdirəcəyik. İraq qüvvələri ilə isə əvvəlcə İordaniyada, sonra da İraqda bu yöndə çalışacağıq", - NATO baş katibi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi