Banqladeşdə yoluxanların sayı 5 minə çatır
- 25 aprel, 2020
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Banqladeşdə son sutkada daha 309 koronavirusa yoluxma halı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Banqladeş Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada daha 9 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkə üzrə qurbanların sayı 140-a, yoluxanların sayı isə 4 998-ə çatıb.
Məlumata görə, ölkə üzrə koronavirusdan 113 nəfər sağalıb.
Qeyd edək ki, Banqladeş hökuməti sosial təcrid rejiminin müddətini mayın 5-dək uzadıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.