Banqladeşdə restoranda baş verən yanğında 40-dan çox adam ölüb

Banqladeşdə restoranda baş verən yanğında 40-dan çox adam ölüb Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub.
Digər ölkələr
29 fevral 2024 21:14
Banqladeşdə restoranda baş verən yanğında 40-dan çox adam ölüb

Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “The Daily Observer” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, yanğın fevralın 29-da saat 21:50-də (Bakı vaxtı ilə - 19:50) paytaxtdakı restoranların birində başlayıb.

Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir və alovun qarşısı alınıb.

Yanğının səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi