Banqladeşdə baş nazirə qarşı sui-qəsdə cəhd etmiş 10 nəfər edam edilib

Digər ölkələr
  • 20 avqust, 2017
  • 08:24
Banqladeşdə baş nazirə qarşı sui-qəsdə cəhd etmiş 10 nəfər edam edilib

Bakı. 20 avqust. REPORT.AZ/ Banqladeşin Xüsusi Tribunalı ölkənin baş naziri Şeyx Hasin Vazedə 2000-ci ildə sui-qəsd etməyə cəhd göstərmiş 10 nəfər barəsində ölüm hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sui-qəsd cəhdində əli olan daha 9 nəfər barəsində müxtəlif müddətlərə həbs cəzası kəsilib. Bildirilir ki, cinayətkarlar 2000-ci ildə baş nazirin mitinqdə çıxışı zamanı partlayış törətmək üçün 75 kiloqramlıq bomba hazırlayıblar. Lakin bomba polis tərəfindən onun çıxışına qədər müəyyənləşdirilib.

Şeyx Hasin Vazed 1996-cı ildən 2001-ci ilə qədər ölkənin baş naziri postunu tutub. O, 2009-cu ildə yenidən bu vəzifəyə seçilib və hazırda da baş nazirin səlahiyyətlərini icra edir.

Son xəbərlər

Bütün Xəbər Lenti