NATO-nun Baltik dənizi regionuna cavabdeh olan yeni Dəniz Əməliyyatları Komandanlıq Mərkəzi oktyabrın 21-də fəaliyyətə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.
“Mərkəz sülh və müharibə dövründə, eləcə də böhran dövründə dəniz əməliyyatlarına rəhbərlik etməyə hazır olacaq”, - Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Qeyd olunur ki, struktur Almaniyanın Rostok şəhərində yerləşir, ona almaniyalı admiral və NATO-nun 11 ölkəsindən - Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İtaliya, Latviya, Litva, Niderland, Polşa və İsveçdən 180 nümayəndə rəhbərlik edir.
Məlumata görə, komandanlığın vəzifələrinə regiondakı vəziyyətin gecə-gündüz monitorinqi və alyansın Baltik dənizindəki fəaliyyətinin əlaqələndirilməsi daxildir.