Bağdadda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb

Bağdadda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb İraqın paytaxtı Bağdad şəhərində baş verən silsilə partlayışlar nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Digər ölkələr
27 Noyabr , 2019 01:33
Bağdadda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb

İraqın paytaxtı Bağdad şəhərində baş verən silsilə partlayışlar nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın “Al Sumaria” televiziya kanalı məlumat yayıb. Qeyd olunub ki, İraqın paytaxtında ən azı üç partlayış baş verib.

İraq hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışlar əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib. İki bomba bazarların yaxınlığında park edilmiş motosikllərdə yerləşdirilib. Partlayışlar bir-birinin ardınca Bağdadın müxtəlif bölgələrində baş verib.

Partlayışlar bir-birinin ardınca bir neçə dəqiqə vaxt fərqi ilə baş verib.

Son xəbərlər

Orphus sistemi