Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edib

Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edib Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.
Digər ölkələr
28 mart 2025 13:25
Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edib

Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.

Bu barədə "Report"a Azərbaycanın Suriyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, iftar süfrəsi Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə həyata keçirilib.

Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş xeyriyyə aksiyası zamanı çıxışlar zamanı təşəbbüsə görə Azərbaycana təşəkkür edilib.

Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.

Son xəbərlər

Orphus sistemi