Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı"

Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı" Rusiya təyyarələrinin Suriyanın İdlib şəhərində yaşayış yerini bombalaması nəticəsində 40 dinc sakin həyatını itirib
Digər ölkələr
21 Dekabr , 2015 16:11
Azad Suriya Ordusunun komandanı: Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı

Bakı. 21 dekabr. REPORT.AZ/ "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azad Suriya Ordusunun (ASO) Baş Qərargahının rəisi, briqada generalı Əhməd Xalid Barri deyib.

Onun sözlərinə görə, Suriyanın təyyarələri İŞİD-i vurmaq yerinə, Azad Suriya Ordusunun mövqelərini bombalayır: "Rusiyanın dəstəyi olmasaydı, Bəşşar Əsəd rejimi üç aya çökərdi".

Qeyd edək ki, ötən gün Rusiya təyyarələrinin Suriyanın İdlib şəhərində yaşayış yerini bombalaması nəticəsində 40 dinc sakin həyatını itirib. 

Son xəbərlər

Orphus sistemi