Avstriyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Digər ölkələr
  • 03 noyabr, 2023
  • 09:39
Avstriyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Avstriyada Zaqrebdən Zalsburqa uçan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Zalsburq federal vilayətinin polisinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.