Avstriyada parlament seçkiləri keçirilir

Digər ölkələr
  • 15 oktyabr, 2017
  • 05:59
Avstriyada parlament seçkiləri keçirilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Avstriyada parlament seçkilərində səsvermə üçün seçki məntəqələri açıq elan edilib.

“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Avstriyada növbədənkənar seçkilərdə səsvermə başlayıb", - deyə agentlik yazır.

"Zeit" nəşrinin yazdığına görə, seçkilərin keçirilməsinə hakim koalisiyanın mayın ortalarında ölkə siyasəti ilə bağlı bir sıra məsələlərdə fikir ayrılıqları üzündən dağılması səbəbindən zərurət yaranıb.

44 filmi