Avstriyada casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edilib

Avstriyada casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edilib Avstriyanın Konstitusiyanın Mühafizəsi və Terrorçuluqla Mübarizə üzrə Federal İdarəsinin (BVT, hazırda fəaliyyətini dayandırıb) keçmiş əməkdaşı Egisto Otto Rusiya üçün casusluqda şübhəli bilinərək həbs edilib.
Digər ölkələr
30 mart 2024 22:56
Avstriyada casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edilib

Avstriyanın Konstitusiyanın Mühafizəsi və Terrorçuluqla Mübarizə üzrə Federal İdarəsinin (BVT, hazırda fəaliyyətini dayandırıb) keçmiş əməkdaşı Egisto Otto Rusiya üçün casusluqda şübhəli bilinərək həbs edilib.

“Report” ORF telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat katibi Nina Bussek məlumat verib.

Otto Vyana prokurorları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və Avstriyanın zərərinə gizli kəşfiyyat xidmətlərindən istifadə ittihamı ilə istintaq altındadır.

Telekanalın qeyd etdiyi kimi, ona qarşı istintaq uzun illərdir ki, davam edir: o, həmçinin BVT zabiti kimi məxfi məlumatları satmaq üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi