Avstriya Azadlıq Partiyasının sədri koalisiya danışıqlarının iflasa uğradığını açıqlayıb

Avstriya Azadlıq Partiyasının sədri koalisiya danışıqlarının iflasa uğradığını açıqlayıb Avstriya Azadlıq Partiyasının (AAP) sədri Herbert Kikl Avstriya Xalq Partiyası (AXP) ilə koalisiya danışıqlarının iflasa uğradığını və öz siyasi qüvvəsinin Avstriyada hakim çoxluğun formalaşdırılması cəhdlərindən imtina etdiyini açıqlayıb.
Digər ölkələr
12 fevral 2025 17:44
Avstriya Azadlıq Partiyasının sədri koalisiya danışıqlarının iflasa uğradığını açıqlayıb

Avstriya Azadlıq Partiyasının (AAP) sədri Herbert Kikl Avstriya Xalq Partiyası (AXP) ilə koalisiya danışıqlarının iflasa uğradığını və öz siyasi qüvvəsinin Avstriyada hakim çoxluğun formalaşdırılması cəhdlərindən imtina etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, Kiklin sözlərini AAP-nin mətbuat xidməti təqdim edib.

“Danışıqlar zamanı biz bir çox məsələlərdə AXP-nin tələblərini yerinə yetirsək də, təəssüf ki, danışıqlar sonda uğurla nəticələnmədi. Buna görə də bu gün, 12 fevral 2025-ci ildə, mən hökumətin formalaşdırılması səlahiyyətlərindən imtina edirəm”, –o bildirib.

Siyasi qüvvənin rəhbəri həmçinin vurğulayıb ki, o, ən vacib məsələlərdə ciddi fikir ayrılıqları səbəbindən Avstriya sosial-demokratları ilə koalisiya danışıqlarını məhsuldar hesab etmir.

“Avstriya vaxt itirməməlidir”, – AAP sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi