Avstraliyanın Baş naziri koronavirusa yoluxub

Digər ölkələr
  • 05 dekabr, 2022
  • 06:56
Avstraliyanın Baş naziri koronavirusa yoluxub
Antoni Albaneze

Avstraliyanın Baş naziri Antoni Albaneze koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu hökumət başçısı tviterdə yazıb.

O, COVİD testinin nəticəsinin müsbət çıxdığını bildirib.

“Mən təcrid olunacam və evdən işləməyə davam edəcəm. Xəstə olan hər kəsdən ailələrini və qonşularını qorumağı, profilaktik tədbirlə görməyi xahiş edirəm”, - Baş nazir vurğulayıb.