Bakı. 13 oktyabr. REPORT.AZ/ Cari ilin əvvəlindən Aralıq dənizindən keçməklə Avropaya 593 min 432 mühacir və qaçqın gedib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Avropada ən çox qaçqını Yunanıstan qəbul edib. Bu ölkəyə 453 min 912 mühacir və qaçqın sığınıb. Onların 277 min 899-u suriyalı, 76 mini əfqanıstanlı, 21 min 552 nəfəri isə iraqlıdır.
İtaliyaya isə 136 min 408 qaçqın və mühacir gedib. Onların 35 min 938-i eritreyalı, 17 min 886-sı nigeriyalı, 10 min 50 nəfəri isə somalilidir.
Qeyd edək ki, Türkiyəyə iki milyon suriyalı qaçqın sığınıb.