Yuxarı
    Bağlamaq

    Avropa Parlamentinin sədri: "Brexit"in dayandırılması mümkündür"

    Antonio Tayani: Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır

    Bakı. 21 aprel. REPORT.AZ/ Avropa Parlamentinin rəhbəri Antonio Tayani Böyük Britaniyanın istəyəcəyi təqdirdə "Brexit" prosesinin ləğv edilə biləcəyini açıqlayıb.

    "Report" xəbər verir ki, o, bunu "The Guardian" müsahibəsində bildirib.

    A.Tayaninin fikrincə, iyunun 8-də Birləşmiş Krallıqda keçiriləcək seçkilərdə ölkənin Aİ-nin tərkibində qalmasının tərəfdarlarının qalib gəlməsiylə hökumət dəyişərsə, "Brexit" təşəbbüsü asanlıqla dayandırıla bilər.

    "Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır", -deyə Avropa Parlamentinin sədri vurğulayıb. 

    Onun sözlərinə görə, Britaniya Aİ-də qalmaq istəsə, bu, hamının xeyrinə olardı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi