Avropa Parlamenti Ukrayna üçün sülh planına dair xüsusi debatlar keçirəcək
Digər ölkələr
- 24 noyabr, 2025
- 22:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Parlamenti 26 dekabr üçün gündəliyə dəyişiklik edərək ABŞ-nin Ukrayna ilə bağlı sülh planına dair xüsusi debatların keçirilməsini qərara alıb. Plenar iclaslar bu gün Strasburqda başlayıb.
"Report"un Avropa bürosu xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola plenar iclasda bu barədə məlumat verib.
Avropa Parlamenti Ukrayna üçün sülh planını müzakirə edəcək və bu mövzuda Avropa Komissiyası ilə Avropa İttifaqı Şurasının mövqeyini dinləyəcək.
İclasda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak edəcəyi gözlənilir.
Məlum olduğu kimi, tərəflər Cenevrədə keçirilən çoxtərəfli danışıqlardan sonra yeni tənzimləmə sənədi üzərində işlədiklərini bəyan ediblər.
Son xəbərlər
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr