Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır

Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır Avropa Parlamenti Avropa İttifaqında əsas sənədlərə düzəlişlər etməklə islahatların aparılmasını dəstəkləyən qətnamə qəbul edib.
Digər ölkələr
173
4 May , 2022 23:15
Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır

Avropa Parlamenti Avropa İttifaqında əsas sənədlərə düzəlişlər etməklə islahatların aparılmasını dəstəkləyən qətnamə qəbul edib.

“Report” xəbər verir ki, sənəd “Avropanın Gələcəyi” konfransı çərçivəsində il ərzində Avropa ölkələrinin rezidentləri ilə ictimai məsləhətləşmələr nəticəsində qəbul edilib.

“Parlament etiraf edir ki, konfransın yekununda irəli sürülən iddialı və konstruktiv təkliflər müqavilələrə yenidən baxılmasını, xüsusən də Aİ daxilində daha çox sadəliyin, şəffaflığın, hesabatlılığın və demokratiyanın təmin edilməsini tələb edir”, - AP-nin bəyanatında deyilir.

Avropa Parlamenti konkret təkliflər hazırlamalı və bütün Aİ ölkələrini təmsil edən Avropa İttifaqı Şurasına təqdim etməlidir. Aİ-nin təsis sənədlərini dəyişdirmək üçün Avropa ölkələrində ümumxalq səsverməsinin keçirilməsi lazım gələ bilər.

İctimai müzakirələrdə bəyənilənlər arasında əsas qərarların yekdilliklə qəbul edilməsi prinsipinin ləğvi kimi təkliflər də var. Bu, bir çox avropalı deputatların fikrincə, çox vaxt Aİ-nin səmərəli fəaliyyətinə, mühüm qərarların qəbuluna mane olur.

Bundan əlavə, Avropa Parlamentinin deputatlarına qanunvericilik təşəbbüsünün verilməsi təklif edilir. Təkliflər həmçinin Aİ-yə səhiyyə, enerji, miqrasiya və müdafiə məsələləri ilə bağlı daha böyük səlahiyyətlərin verilməsini nəzərdə tutur ki, bu da hazırda əsasən milli hökumətlərin üzərinə düşür.

Gözlənildiyi kimi, “Avropanın gələcəyi” konfransının yekunları rəsmi olaraq mayın 9-da Avropa İttifaqına sədrlik edən Fransa prezidenti Emmanuel Makrona, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi