Avropa İttifaqının səfiri Venesuelada qalacaq

Avropa İttifaqının səfiri Venesuelada qalacaq Venesuela höküməti Avropa İttifaqı (Aİ) nümayəndəliyinin rəhbəri, səfir İsabel Brilante Pedrosanın Karakası tərk etməsi barədə verilən qərara yenidən baxıb.
Digər ölkələr
118
3 İyul , 2020 01:38
Avropa İttifaqının səfiri Venesuelada qalacaq

Venesuela hökuməti Avropa İttifaqı (Aİ) nümayəndəliyinin rəhbəri, səfir İsabel Brilante Pedrosanın Karakası tərk etməsi barədə verilən qərara yenidən baxıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Qeyd olunub ki, Pedrosanın deportasiyası baş tutmayacaq.

Razılaşma Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell ilə Venesuela Xarici İşlər naziri Xorxe Arreaza arasında aparılan danışıqlardan sonra əldə edilib.

Xatırladaq ki, bazar ertəsi günü Avropa İttifaqı Şurası sanksiyalar tətbiq edilən Venesuela rəsmilərinin siyahısını genişləndirib. Siyahıya daha 11 nəfər daxil edilib.