Avropa İttifaqı ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb.
“Report” xəbər verir ki, bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir.
Qeyd olunub ki, müdafiə hazırlığının yüksəldilməsi üzv dövlətlərdən əlavə səylər tələb edəcək:
Qurum Aİ Şurasına və Avropa Komissiyasına maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.
Eyni zamanda Avropa İnvestisiya Bankı Aİ-nin müdafiə sənayesinin kreditləşdirilməsi ilə bağlı siyasətini təkmilləşdirməli olacaq.