Avropa İttifaqı İran-ABŞ atəşkəsi ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir

Digər ölkələr
  • 08 aprel, 2026
  • 16:51
Avropa İttifaqı İran-ABŞ atəşkəsi ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir

Avropa İttifaqı (Aİ) İsrailin iştirakı ilə İran və ABŞ arasında başlayan iki həftəlik atəşkəslə bağlı təmkinli mövqe nümayiş etdirir.

"Report"un Avropa bürosunun məlumatına görə, Aİ Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Ənvər Əl-Ənuni regionda real sülhün əldə edilməsinə dair səylərdə Brüsselin rolu ilə bağlı suallara cavab verərək Aİ institutlarının rəhbərlərinin mövqeyini təkrarlayıb.

"Razılaşma həftələrlə davam edən eskalasiyadan sonra təhlükəli cizgidən geri atılmış bir addım olub. Dayanıqlı həll yolu üzrə danışıqların davam etməsi son dərəcə vacibdir", - o, Brüsseldəki brifinqdə bəyan edib.

Aİ-nin təşəbbüslərinin olmaması və danışıqlarda iştirak etmək istəməməsi barədə suallara cavab verən Əl-Anuni ittifaqın yalnız tərəfdaşlarla fəaliyyətini əlaqələndirdiyini və diplomatik səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.