Avropa İttifaqı ABŞ-ın Məhəmmədcavad Zərifə qarşı sanksiyasına qoşulmayacaq

Avropa İttifaqı ABŞ-ın Məhəmmədcavad Zərifə qarşı sanksiyasına qoşulmayacaq Avropa İttifaqı ABŞ hökuməti tərəfindən qara siyahıya salınmış İran xarici işlər naziri Məhəmmədcavad Zəriflə bundan sonra da çalışacaq.
Digər ölkələr
1 Avqust , 2019 16:34
Avropa İttifaqı ABŞ-ın Məhəmmədcavad Zərifə qarşı sanksiyasına qoşulmayacaq
Getty

Avropa İttifaqı ABŞ hökuməti tərəfindən "qara siyahı"ya salınmış İran xarici işlər naziri Məhəmmədcavad Zəriflə bundan sonra da çalışacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS – European External Action Service) sözçüsü Karlos Ruiz de Qordexuela keçirdiyi brifinqdə bildirib.

“ABŞ-ın bu barədəki qərarına təəssüf edirik. İranla diplomatik təmaslar zəruri olduğu üçün bu ölkənin ən yüksək rütbəli diplomatı olan Zəriflə çalışmağa davam edəcəyik”, - deyə Aİ rəsmisi qeyd edib.

Ötən gün ABŞ hökuməti İran rejiminin beynəlxalq birlik üçün siması olduğu, Tehranın nüvə proqramını, ballistik raket yaradılmasını, terrorçu şəbəkələr qurulmasını dəstəkləyən təbliğat və dezinformasiyanın başında durduğu üçün xarici işlər naziri Məhəmmədcavad Zərifə qarşı sanksiya tətbiq etdiklərini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi