AUKUS çərçivəsində nüvə mühərriklərinə dair məlumat mübadiləsi aparılacaq

AUKUS çərçivəsində nüvə mühərriklərinə dair məlumat mübadiləsi aparılacaq ABŞ, Avstraliya, Böyük Britaniya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi (AUKUS) çərçivəsində dəniz qüvvələrindəki nüvə mühərriklərinə dair məlumat mübadiləsi barədə saziş imzalanıb.
Digər ölkələr
22 Noyabr , 2021 13:50
AUKUS çərçivəsində nüvə mühərriklərinə dair məlumat mübadiləsi aparılacaq

ABŞ, Avstraliya, Böyük Britaniya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi (AUKUS) çərçivəsində dəniz qüvvələrindəki nüvə mühərriklərinə dair məlumat mübadiləsi barədə saziş imzalanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın müdafiə naziri Piter Dattonun ABŞ və Böyük Britaniya səfirləri ilə imzaladığı saziş noyabrın 20-də ABŞ Prezidenti Cozef Bayden tərəfindən əvvəlcədən dəstəklənmişdi.

Xatırladaq ki, Asiya və Sakit okean regionunda Çin təhlükəsinə qarşı bu il sentyabrın 15-də imzalanmış AUKUS-un şərtlərinə görə, Avstraliya ABŞ texnologiyası ilə adi silahlarla təchiz olunmuş azı 8 ədəd nüvə sualtı qayığı inşa edəcək, ordusunu ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcək. Bununla bağlı Avstraliya Fransa ilə 12 sualtı qayığın tikintisi barədə qüvvədə olan 50 milyard avroluq müqaviləyə birtərəfli şəkildə xitam verib. Hazırda Avstraliya dəniz qüvvələrində nüvə sualtı qayığı yoxdur.

Son xəbərlər

Orphus sistemi