Argentinada seçki ikinci tura qaldı

Digər ölkələr
  • 26 oktyabr, 2015
  • 04:27
Argentinada seçki ikinci tura qaldı

Bakı. 26 oktyabr. REPORT.AZ/ Argentinada ikinci tur prezident seçkiləri keçiriləcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlik kürsüsü uğrunda mübarizəni paytaxt Buenos-Ayresin icra hakimi Maurisio Makri və paytaxtın qubernatoru Daniel Stsioli davam etdirəcək.

Ötən gün keçirilən ümumxalq səsverməsi nəticəsində müxalifət tərəfdarı M.Makri - 36.24 faiz, iqtidar təmsilçisi D.Stsioli isə 34.7 faiz səs toplaya bilib.

Noyabrın 22-də keçiriləcək ikinci tur seçkilərdə qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

44 filmi