ABŞ Prezidenti Cozef Bayden Konqresdən Kiyevə 13 milyard dollar hərbi yardım, həmçinin Ukrayna və digər ölkələrə əlavə iqtisadi və təhlükəsizlik yardımı üçün 8,5 milyard dollar ayırmağı xahiş edib.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Ümumilikdə Bayden Konqresdən 40 milyard dollar məbləğində əlavə maliyyə istəyib.
Bu məbləğə ABŞ-da təbii fəlakətlərin aradan qaldırılması üçün 12 milyard dollar, sərhədlərin mühafizəsi üçün isə 4 milyard dollar daxildir.
Öz növbəsində, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib ki, Bayden administrasiyası ABŞ-da ictimai rəydən asılı olmayaraq, Konqresdən Ukraynaya hərbi yardımın davam etdirilməsini istəyəcək.
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya dəstək üçün yenidən Konqresə müraciət edəcək.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunub ki, ABŞ lideri avqustun 10-da Konqresdən Ukraynaya dəstək üçün 13 milyard dollar istəyəcək.
İyun ayında Nümayəndələr Palatasının spikeri Kevin Makkarti demişdi ki, Ukraynaya hər hansı əlavə yardım Pentaqonun Baydenin milli borc tavanının artırılmasına dair qanun layihəsi əsasında müzakirə edilən 998 milyard dollarlıq 2024-cü il büdcəsinə daxil edilməlidir.