Antoni Blinken: "Fələstin xalqını təmsil edəcək hökumətin qurulması vacibdir"

Antoni Blinken: "Fələstin xalqını təmsil edəcək hökumətin qurulması vacibdir" Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Fələstin xalqının hüquqlarını təmsil edəcək hökumətin qurulmasının vacibliyini vurğulayıb.
Digər ölkələr
17 Yanvar , 2024 15:00
Antoni Blinken: Fələstin xalqını təmsil edəcək hökumətin qurulması vacibdir

ABŞ dövlət katibi Antoni Blinken Fələstin xalqının hüquqlarını təmsil edəcək hökumətin qurulmasının vacibliyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, Dünya İqtisadi Forumunda danışıb.

A.Blinken İsrailin bu mövzuda Fələstin hökumətinə yardım etməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

"İnsanlara istədiklərini verən və təsirli olması üçün İsraillə birlikdə çalışan Fələstin dövlətidir", - o söyləyib.

Dövlət katibi Qəzzada vəziyyətin ürəkağrıcı olduğunu bildirib:

"Qəzzada hər gün gördüklərimiz ürəkağrıdıcıdır. İnsan əzabları ürəyimi parçalayır".

Son xəbərlər

Orphus sistemi